Fransa Türkiyəyə qarşı çıxdı, Yunanıstana hərbi dəstək göndərəcək – Ankaranın sonrakı addımı necə olacaq?



Xəbər verdiyimiz kimi, Türkiyə Aralıq dənizi sularında karbohidrogen hasilatını həyata keçirir. Bu gün həmin bölgədə Yunanıstan və Türk gəmiləri üzə-üzə gəlib. Rəsmi Paris isə Yunanısatna dəstək olmaq üçün Aralıq dənizinin şərqinə döyüş gəmilərini göndərmək fikrinə düşüb. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu addımına görə Fransaya təşəkkür edib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Associated Press agentliyi yayıb.
Mitsotakis öz tvitində Fransa prezidenti Emmanuel Makronu “Yunanıstanın əsl dostu, eyni zamanda Avropa dəyərlərinin və beynəlxalq hüququn qızğın müdafiəçisi” adlandırıb.
Çərşənbə axşamı Mitsotakis ilə telefon danışığı zamanı Makron, yaxın günlərdə Fransızların Şərqi Aralıq dənizindəki mövcudluğunu müvəqqəti olaraq “Avropa tərəfdaşları ilə, o cümlədən Yunanıstanla birlikdə” gücləndirmək qərarına gəldiyini söyləyib.
Bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyənin Yunanıstanla Şərqi Aralıq dənizində karbohidrogen kəşfiyyatı ilə bağlı mübahisəni dialoq yolu ilə həll etmək istədiyini bildirərək, Ankaranın bölgədəki “hüquq və mənafelərini müdafiə edəcəyini” vurğulayıb.
Xatırladırıq ki, bundan əvvəl Yunanıstan Türkiyənin Aralıq dənizinin şərqinə seysmik tədqiqat gəmisinin göndərilməsi qərarı ilə əlaqədar AB-nin xarici işlər nazirlərinin təcili iclasını tələb edəcəyini bildirmişdi.
Yunanıstan Xarici İşlər Nazirliyi Türkiyəni “bölgədəki sülhə və təhlükəsizliyə xələl gətirən qanunazidd hərəkətləri dərhal dayandırmağa” çağırıb.
Türkiyə Yunanıstanın etirazlarını rədd edib və əməliyyatları davam etdirəcəyinə söz verib.
Baş nazir Kiriakos Mitsotakis çərşənbə axşamı xarici işlər naziri Nikos Dendias ilə görüşüb və AB xarici işlər nazirlərinin təcili iclasını çağırıb.
Aİ nümayəndəsi qərar verməzdən əvvəl üzv ölkələr arasında məsləhətləşmələrin aparılacağını söyləyib. AB-nin xarici işlər nazirlərinin görüşü 27-28 avqust tarixlərində Berlində planlaşdırılır.
Tarix: 13-08-2020, 15:16
Xəbəri paylaş



Xəbər lenti