Belarusda keçirilmiş prezident seçkisində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya Litvadadır.Virtualaz.org bildirir ki, bu barədə Litvanın Xarici İşlər nazir Linas Linkeviçius “Twitter”də yazıb.
“Svetlana Tixanovskaya təhlükəsizlikdədir. O, Litvadadır”, – XİN başçısı qeyd edib.
Qeyd edək ki, avqustun 10-da axşam Svetlana Tixanovskayanın qərargahı Belarus MSK-ya baş çəkəndən sonra onun yoxa çıxdığını bəyan etmişdi. Düzdür, gecəyə yaxın Tikhonovskaya tərəfdarları ilə rabitə əlaqəsi saxlamışdıdı, lakin onun yeri açıqlanmamışdı.
Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. S. Tixanovskayanın 10% səs topladığı açıqlanıb.
Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz olaraq aksiyalar keçirilib, vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar olub.
Tarix: 11-08-2020, 14:16