Yunanıstandan SƏRSƏM AÇIQLAMA: “Türkiyəyə qarşı hərbi gücdən istifadə edə bilərik”



Yunanıstanın xarici işlər naziri Nikos Dendias ölkəsinin suverenliyini və suveren hüquqlarını müdafiə etmək üçün Türkiyənin hər hansı bir həmləsinə hərbi güclə cavab verəcəyini söyləyib.
Hokm.az konkret.az-a istinadən xəbər verir ki, o, bunu Yunanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı Open TV kanalına müsahibəsində söyləyib.
“Biz öz vəzifəmizi yerinə yetirəcəyik. Suverenliyimizi və suveren hüquqlarımızı təkcə Mitsotakisin xüsusi hökuməti kimi deyil, hər hansı yunan hökuməti kimi qoruyacağıq, çünki biz yunanıq və bizim ölkənin konstitusiyasından irəli gələn öhdəliklərimiz var. Və düşünürəm ki, Avropa Birliyində olan tərəfdaşlarımız və dostlarımız Yunan hökumətindən fərqli bir şey gözləmir” deyib Dendias.
Cümə axşamı günü Dendias, əvvəlcədən elan edilməmiş bir səfərlə Misirə gəlib və Misirin xarici işlər naziri Sameh Şukri ilə eksklüziv iqtisadi zonanın delimitasiyası ilə bağlı müqavilə imzalayıb.
Dendias bildirib ki, indi Türkiyə ilə Liviya arasında dənizin delimitasiyası ilə bağlı “qanunsuz” memorandumu “əvvəl olduğu kimi zibil qutusundadır”.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis razılaşmanın Aralıq dənizinin şərqində yeni bir gerçəklik yaratdığını söyləyib.
Yunanıstan və Türkiyə eyni dəniz zonalarına iddia edirlər. Ankara Yunanıstan və Misir arasındakı razılaşmanı tanımadığını,  onların hüququ olmayan əraziləri əhatə etdiyini söyləyib.
Türkiyə Aralıq dənizindəki karbohidrogen yataqlarında əvvəllər dayandırılmış kəşfiyyat qazma işlərini bərpa edəcəyini açıqlayıb.
Müsahibə əsnasında televiziya müxbiri Dendiasdan Yunanistanın Baş naziri Alexis Diakopoulosun təhlükəsizlik müşavirinin “Türklərə Yunanıstanın kontinental şelfinə girəcəyi təqdirdə hərbi yollarla cavab veriləcək” fikrinin doğru olub-olmadığını soruşub.
“Konstitusiya Yunan silahlı qüvvələrinə vətənimizin suverenliyini və suveren hüquqlarını qorumaq vəzifəsini verir” deyib – “Yunanıstan heç kimi təhdid etmir və bölgənin digər ölkələrindən fərqli olaraq əsəbi bir reaksiya sərgiləmir”.
Dendias hesab edir ki, Türkiyəyə reallığı qəbul etməsi üçün vaxt lazımdır.
“Prezident Ərdoğanın açıqlamaları çox sərtdir, amma heç kim bu fikirlərin yaxın və ya uzaq gələcəkdə dəyişə biləcəyinə ümidini itirə bilməz” deyib Dendias.
O bildirib ki, Yunanıstan artıq Misirlə sazişin mətnini və bu sazişin xəritələrini bütün AB ölkələrinə göndərib.
“Yunanistan bu andan etibarən Türkiyə ilə yeni bir gərginlik dövrünə giribmi?” sualına nazir belə cavab verib: “Sizə nə deyə bilərəm? Türkiyənin reaksiyasını asanlıqla proqnozlaşdıra bilməyənlərdən deyiləm”.
“Suveren bir ölkə olaraq Yunanıstan konstitusiya ilə özünü qorumalıdır. Hər hansı bir vasitə ilə bunu edəcəyik” deyib nazir.
Bununla yanaşı, Yunanıstanın dəniz sərhədlərinin demarkasiyası və eksklüziv iqtisadi zonanın yaradılması ilə bağlı Misirlə imzalanan müqaviləyə görə Türkiyə ilə “dialoqa açıq” olduğunu vurğulayıb.
Dendias “Yunanıstan və Türkiyə arasında yalnız bir fikir ayrılığı var. Bu, Egey dənizində və Aralıq dənizinin şərqindəki qitə şelfidir, həmçinin bu şelfin üstündəki sulardır. Yunanıstan bu problemi müzakirə etməyə hazırdır, amma “təhdid və şantaj şəraitində deyil” sözləri ilə fikrini tamamlayıb.
İyunun əvvəlində Yunanıstanın Milli Müdafiə Naziri Nikos Panayotopoulos ölkəsinin suverenliyini qorumaq üçün Türkiyəyə qarşı hərbi əməliyyatlara hazır olduğunu açıqlamışdı.
Tarix: 9-08-2020, 13:15
Xəbəri paylaş



Xəbər lenti