Bu gün 6 avqust – Xirosimaya atom bombasının atılmasının 75-ci ildönümüdür. Maraqlıdır, Ermənistanda fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan Metsamor AES-i Qafqaz və ətraf region üçün potensial Xirosima hesab etmək mümükndürmü?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov Metsamorda qəza riskinin kifayət qədər böyük olduğunu təsdiqlədi:
“Metsamor tamamilə qəzalı obyektdir. Sovet dönəmində onun fəlaiyyətinə xitam verilmişdi və stansiyanın fəaliyyəti tamamilə dayandırılımışdı. Sonra Ermənistanın təcavüzü nəticəsində Azərbaycan və Türkiyə işğalçı ilə bütün əlaqələri kəsdi. Nəticədə, ağıq iqtisadi vəziyyətlə üzləşən Ermənistan Rusiyanın “Rosatom” şirkətindən xahiş etdi ki, Metsamorun yenidən fəaliyyətə başlamasına yardımçı olsunlar. Doğrudur, orada müəyyən işlər görüldü. Lakin ora əsaslı investisiya qoyulmadı. Yəni stansiyanın texnoloji geriliyi aradan qaldırılmayıb. Sadəcə, stansiyanın cari rejimdə fəaliyyətini təmin etmək üçün müəyyən işlər ğörülüb.
Buna görə də həm Azərbaycanın, həm də İran, Türkiyə və Gürcüstanın ekolojhi təşkilatları yaxşı başa düşür ki, istənilən an Metsamorda qəzanın olması mümkündür. Bu məsələ daim gündəmdədir və bundan sonra da gündəmdə qalacaq”.