Belarus hakimiyyəti prezidentliyə namizəd Svetlana Tsixanovskayanın seçkiqabağı tədbirlərini ləğv edib. Yürüşlərin keçiriləcəyi ərazilərdə təmir işlərinə ehtiyac yarandığı bildirilib.Paytaxt Minskdən 100 km cənubda yerləşən Slutsk şəhərində yerli orqanlar avqustun 4-də bildiriblər ki, tədbir planlaşdırılan məkanda təcili təmirə ehtiyac yaranıb və müxalifətin yürüşünü təxirə salındığı açıqlanıb.
Çevik polis və mülkigeyimlilər yürüşə yığışmış yüzlərlə müxalifət tərəfdarı arasında azı 17 nəfəri saxlayıblar. Məlumatı “Viasna” insan haqları mərkəzi açıqlayıb. Saxlananlar içində yerli xəbər vebsaytının redaktoru da var.Tsixanovskaya Soliqorsk şəhərində yürüşü təxirə salmalı olub, yürüş Slutskdan sonra avqustun 4-də axşam bu şəhərdə aksiya planlaşdırırdı.
Minskdən 130 km cənubda yerləşən Soliqorskda yerli orqanlar yürüşün keçiriləcəyi stadiona ekskavatorlar gətirərək yeri qazmağa başlayıblar və təşkilatçılara
deyiblər ki, tədbir təxirə salınır. Polis daha sonra yürüşə gələnləri dağıtmağa başlayıb və azı beş nəfəri həbs edib.
Bir gün öncə Stolbtsi şəhərində Tixanovskayanın seçki kampaniyasının təşkil etdiyi toplantı pozulub, yerli stadiona tikinti avadanlığı daşınıb. Belarus hakimiyyəti Tixanovskayanın qanuni yürüşlərini təxirə sala bilməz, ancaq onları pozmaqdan ötrü tikinti və digər bəhanələrə əl atır.Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkisidir və Lukaşenkonun 26 ildir davam edən avtoritar idarəçiliyi getdikcə daha zəif durumda görünür. Bir çox təhlilçilər isə onun saxtakarlıq və müxalifətə qarşı repressiya nəticəsində seçkini udacağını deyirlər.
Son həftələr onminlərlə müxalifət tərəfdarı prezidentliyə 37 yaşlı namizəd Svetlana Tsixanovskayaya dəstək yürüşünə çıxırlar. Onun seçkiyə buraxılmamış namizədlər dəstəkləyir. Bir sıra potensial namizədlər seçkiyə buraxılmayıb. Kampaniya başlanandan siyasətçilər, təşkilatçılar, jurnalistlər daxil olmaqla 1100-dən çox saxlanan olub. (azadliq.org)
Tarix: 5-08-2020, 22:18