Serbiya Prezidenti: "Biz Azərbaycana on dəfə çox silah satmışıq"



Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün keçirilən mətbuat konfransında ölkəsi tərəfindən Ermənistana satılmış silahlar haqda suala cavab verib.
 
Virtualaz.org-un məlumatına görə, Prezident qeyd edib ki, silah satışı hərbi istehsal sahəsinin uğurunu təmin edən yeganə variantdır.
 
"Həm Azərbaycan, həm də Ermənistan bizim dostlarımızdır. Son illər biz Azərbaycana on dəfə çox silah satmışıq, amma nədənsə heç bir xəbər lenti bu barədə məlumat vermək istəmir. Hərbi sənayedə iş yerlərini qorumalı olan 17 min insan çalışır. Mən sizdən, prinsipial olaraq soruşuram: gələcəkdə biz kimə satacağıq? Kimə satırıqsa, kimsə həmişə narazı olacaq", - deyə Aleksandr Vuçiç bildirib.
Tarix: 4-08-2020, 07:40
Xəbəri paylaş



Xəbər lenti