Ötən illər Türkiyə qurumları bəzən planetin 6 qitəsində, 90-dan çox ölkəsində, 500-dən çox məntəqədə Qurban bayramı sövqatları paylayıb...
Türkiyə Qurban bayramı münasibətilə 3 qitədə yerləşən, 23 ölkə və 34 məntəqədə qurbanlıq ət paylayıb.
Moderator.az xəbər verir ki, “Anadolu” agentliyinin yaydığı məlumata görə, təxminən bir milyona yaxın insan qurban ətini “Deniz Feneri” QHT vasitəsi ilə alıb.
“Deniz feneri”ndən bu il türk könüllülərinin koronavirus pandemiyası səbəbiylə digər ölkələrdə ət paylanmasında fərdi iştirak edə bilmədiyi bildirilib. Bu baxımdan qurban sovqatlarının paylanması xarici ölkələrdəki tərəfdaş təşkilatlar vasitəsilə təşkil edilib.
Afrikada “Deniz Feneri” də əhalinin həyatının yaxşılaşdırılmasına yönəlmiş bir sıra layihələr həyata keçirir: məscidlər, təhsil mərkəzləri və uşaq evləri tikilir, su quyuları qazılır. Qarşıdurmaların, müharibələrin və quraqlığın davam etdiyi bölgələrə üstünlük verilir.
“Deniz Feneri” bu il Qurban bayramı günü Myanmarın Arakan əyalətinin Sittve bölgəsindəki Rohinya müsəlmanlarına da qurban əti paylayıb.
Bundan əlavə, Suriya, Fələstin, İraq, Livan, Suriya, Yəmən, Pakistan, Bosniya və Herseqovinada ehtiyacı olan ailələr də qurban əti alıblar.
Xatırladaq ki, ötən illər Türkiyə qurumları bəzən planetin 6 qitəsində, 90-dan çox ölkəsində, 500-dən çox məntəqədə Qurban bayramı sövqatları paylayıb.
Sultan Laçın
Tarix: 3-08-2020, 07:34