“Rusiya Baltikyanıya hücum edə bilər - hazırlaşmaq lazımdır” - NATO generalı



NATO generalı Yorq Follmer bəyan edib ki, Rusiyanın Baltikyanıya mümkün soxulmasına alyansın reaksiya imkanlarını yaxşılaşdırmaq üçün bölgənin hərbi infrastrukturuna əhəmiyyətli məsrəflər etmək lazımdır («LETA»).
Follmer danışıb ki, son illər «hərbi Şengen» uğurla işləməyə başlayıb. Bu, hərbi hissələrə blok daxilində bürokratik əngəllər olmadan hərəkət etməyə şərait yaradır. Onun sözlərinə görə, indi infrastrukturun qaydaya salınmasının vaxtı çatıb.
«Günümüzdə iştirakçı-ölkələrdə dayandırıcı vasitə qismində yüz minlərlə hərbçi yerləşdirmək lazım gəlmir. Bu qüvvələri texniki olaraq, sürətlə irəlilətmək olar. Ona görə, ərazi daxilində infrastrukturu qaydaya salmaq lazımdır ki, bizim hissələri daha çox ehtiyac duyulan ölkələrə yeridə bilək» - Follmer izah edib.
General əlavə edib ki, məsələn, əgər NATO-ya Baltikyanıya 100 tank çatdırmaq lazım gəlsə, onları yollarda xüsusi treylerlərdə daşıyacalar. Tank və treylerlərin ümumi çəkisi 100 tondan artıqdır. «Heç də bütün körpülər belə çəkiyə dözə bilməzlər» - Follmer izah edib. Onun fikrincə, infrastrukturun yaxşılaşdırılması nəinki onu qaydaya salmağa kömək edər, həm də Rusiyaya «ciddi siqnal» göndərmiş olardı. «Orada tez başa düşərlər - bəli, onlar hazırlaşırlar» - general bildirib.
Onun sözlərinə görə, söhbət təkcə Avropa İttifaqının şərq sərhəddi boyunca yerləşmiş ölkələrdən getmir, həm də NATO kontingenti yerləşmiş digər ölkələrdən gedir - məsələn, Almaniyadan. Follmerin qeyd etdiyi kimi, ən «problemli parça» Suval dəhlizidir - Litva ilə Polşa arasında, Kalininqrad diyarının yaxınlığındakı sərhəddir. Hipotetik olaraq, Rusiya Baltikyanını NATO-nun qalan hissəsindən kəsib ayırmaq üçün bu ərazidən istifadə edə bilər.
AzPolitika.info
Tarix: 3-08-2020, 06:17
Xəbəri paylaş



Xəbər lenti