Rusiya KİV hücuma keçdi: “Paşinyan və Soros fondu ayrılmaz dostlardır” (FOTO)


bitmap-img6

İyulun 30-da Rusiyanın "Qazeta.ru” internet-nəşrində İvan Akimovun "Paşinyan və Soros fondu ayrılmaz dostlardır” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC həmin məqaləni ixtisarla təqdim edir.

Bir neçə gün bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan RBK-ya müsahibə verib. Onun bu müsahibəsi Marqarita Simonyanın Ermənistanda böyük hay-küyə səbəb olmuş bir postu ilə bağlı idi. Bəzi müşahidəçilər baş nazirin bu qərarını gözlənilməz adlandırıblar. Aşkardır ki, "Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktorunun replikası Paşinyanı əməlli-başlı qəzəbləndirib. "Qazeta.ru” saytı Ermənistan hökumətinin başçısının məhz nəyə görə belə qəzəblənməsini araşdırıb. 

"Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktorunun replikası Ermənistan ilə Azərbaycan arasında münaqişənin yenidən kəskinləşməsi fonunda səslənib. Qarşıdurmanın yeni raundu artıq 20 nəfərin həyatı bahasına başa gəlib. Bu mənada Marqarita Simonyanın əslində münaqişəni başlamış rəsmi Yerevana ünvanlanmış postunun ümumi tonu aydındır: "Dayanın! Nə qədər ki, gec deyil, dayanın!”

Xatırladaq ki, Simonyan "özünün də daxil olduğu xalqa deyil, məhz Ermənistan hakimiyyətinə” müraciət edib.

Simonyanın postu

"Özünüzə kənardan baxın. Görün siz nə edirsiniz. Özünüzü necə aparırsınız. Siz necə ermənisiniz? Ermənilər vicdanlı, nəcib və qədirbilən xalqdır. Bu xalq həmişə belə olub... Siz yalnız siyasi qisas xatirinə Rusiyanın dəyişməz müttəfiqi Robert Koçaryanı həbs etdiniz. Siz ölkəni antirusiya ruhlu qeyri-kommersiya təşkilatları ilə doldurmusunuz. Onlar sizin ərazinizdə gənclərə Rusiyada hakimiyyəti necə devirməyi öyrədirlər. Siz Qafqazda antirusiya qüvvələrinin döyüş meydanına çevrilmişiniz. Siz rusiyalı erməni biznesmenləri qovmusunuz. Sizin media və sosial şəbəkələr Rusiyanın üzərinə hər an çirkab atırlar”.

Simonyan öz postunu belə bir ritorik sualla tamamlayıb: Azərbaycan ilə sərhəddə vəziyyətin bu dəfəki kəskinləşməsini də Ermənistanın daxili işi hesab etmək olarmı?

Paşinyan qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə iradlara cavab olaraq bildirib ki, bu təşkilatlar onun hakimiyyətə gəlişindən əvvəl işləməyə başlayıblar. Baş nazir RBK-ya müsahibəsində deyib: "Onlar yaradılan vaxt Rusiyada heç kəs Ermənistan hökumətinin rusiyapərəst meyillərinə şübhə etmirdi. Bütün bu təşkilatlar Robert Koçaryanın, Serj Sarkisyanın dövründə yaradılıb. Əgər onlar həqiqətən rusiyapərəst idilərsə, nə üçün bu təşkilatları bağlamayıblar?”

Əslində

Paşinyan məsələni belə təqdim etməyə çalışır ki, Sovet İttifaqı dağılandan sonra Yerevan Rusiyaya qarşı çox da loyal olmayıb. Bununla bərabər yaxşı məlumdur ki, Paşinyanın dövründə hakimiyyətdə əsas vəzifələri Corc Sorosun dəstəklədiyi qeyri-kommersiya təşkilatlarının yetirmələri tutmağa başlayıblar. Burada faktlar göz qabağındadır. "Paşinyanın uğrunda” küçələrə çıxanların da çoxu məhz qərbpərəst əhval-ruhiyyəli insanlardır.

Ermənistanın ali siyasi dairələrində daha bir iddialı fiqur ədliyyə nazirliyinin yeni rəhbəri Rustam Badasyandır. Badasyan bu vəzifəyə təyin edilənə qədər mətbuatda belə şayiə yayılmışdır ki, onun namizədliyini Soros fondunun Ermənistandakı icraçı direktoru Larisa Minasyan dəstəkləyib.

"Qazeta.ru” bundan əvvəl də yazmışdı ki, məsələn "Transparency International” təşkilatının seçki proqramlarının keçmiş əlaqələndiricisi Armen Qriqoryan Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin edilib, dövlət nəzarət xidmətinin keçmiş rəisi David Sanasaryan qərbpərəst amerikalı Raffi Ovannisyanın başçılıq etdiyi "irs” partiyasının yetirməsidir. Məhz Sanasaryan RF səfirliyinin binasına yumurta atmaqla məşhurlaşıb.

Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyan televiziyaya verdiyi müsahibələrin birində bildirib ki, Sorosun fəaliyyəti Ermənistan üçün təhlükədir.

Görünür, bu hərəkəti ona bağışlamayıblar – az sonra Vanesyanı həmin xidmətin başçısı vəzifəsindən getməyə məcbur etdilər, onun yerinə isə o vaxta qədər xüsusi xidmətlərdə bircə gün də işləməmiş 29 yaşlı Arqişti Karamyanı təyin etdilər. Yeri gəlmişkən, Karamyanın bu "siyasi” təyinatından sonra peşəkar çekistlərin həmin qurumdan kütləvi şəkildə axını müşahidə olunur.

"Açıq cəmiyyət – Ermənistan” fondu koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb. Belə bir fakt da diqqəti cəlb edir ki, Ukrayna ilə yanaşı Ermənistan milyarderin maliyyələşdirdiyi təşkilatın bu cür dəstəyinə "layiq görülmüş” yeganə postsovet ölkəsidir.

Sorosun və onun strukturlarının Ermənistanın siyasi və ictimai həyatında iştirakını tənqid edən "VETO” təşkilatının fəalları əslində Paşinyanın güc orqanları tərəfindən repressiyaya məruz qalırlar. VETO-nun təsisçisi Narek Malyan və müxalifətçi "Adekvat” partiyasının görkəmli funksioneri Konstantin Ter-Nakalyan qanunsuz olaraq silah saxlamaqda və gəzdirməkdə ittiham edilərək polis idarəsinə aparılıb.

Ekspertlər Yerevanda Rusiya biznesi üçün yaradılan problemləri də xatırlayırlar. Rusiya XİN-in rəhbəri Sergey Lavrov bu barədə danışıb.

Beləliklə, yalnız bu nəticəyə gəlmək olar ki, Ermənistanın indiki hökuməti Corc Sorosun strukturları ilə çox səmimi, dostcasına əlaqə saxlayırlar.

"Rosbalt” yazır ki, hazırda Soros RF-də "arzuedilməz təşkilat” hesab olunan qondarma "Açıq cəmiyyət”in himayəsi altında 60-a yaxın təşkilatı maliyyələşdirir. Bu təşkilatlar praktiki olaraq respublikanın bütün fəaliyyət sahələrini, o cümlədən mass-media, jurnalist təhqiqatları, siyasi tədqiqatlar, gənclər siyasəti, insan haqlarının müdafiəsi, təhsil, elm və başqa sahələri əhatə edirlər.

Bir tərəfdən bu heç də həmişə pis hal sayılmamalıdır. Ermənistanın koronavirusa qarşı mübarizəsində Nikol Paşinyan bu istiqamətdə işi puç edəndən və ölkəni xəstəliyin statistikası və ölüm hallarının sayına görə dünyada autsayderlərdən birinə çevirəndən Sorosun köməyi çox yerinə düşdü. Lakin məsələyə daha qlobal mövqedən baxsaq Ermənistanın indiki rəhbərliyinin Soros fondu ilə aşkar əlaqəsi Rusiyaya və onun milli mənafelərinə heç bir yaxşılıq vəd etmir. Marqarita Simonyanın postu və Paşinyanın həmin posta cavabı isə bu reallığı daha açıq göstərdi.
 
AZƏRTAC
Tarix: 1-08-2020, 22:05
Xəbəri paylaş



Xəbər lenti