Rusiya beynəlxalq uçuşları bərpa edir


Rusiya beynəlxalq uçuşları bərpa edir
Hava əlaqələrin bərpa ediləcəyi ilk üç ölkə Böyük Britaniya, Türkiyə və Tanzaniyadır
 
Avqustun 1-dən Rusiya bir neçə ay qabaq koronavirus pandemiyası səbəbindən dayandırılan beynəlxalq hava əlaqələrini bərpa edir.
 
AYNA-nın məlumatına görə, bu barədə ölkənin baş naziri Mixail Mişustin xəbər verib.
 
İlkin olaraq beynəlxalq aviadaşımalar Moskva, Sankt-Peterburq və Rostov-na-Donu şəhərlərindən həyata keçiriləcək.
 
Hava əlaqələrin bərpa ediləcəyi ilk üç ölkə Böyük Britaniya, Türkiyə və Tanzaniyadır. Avqustun əvvəlindən rusiyalılar London, Ankara, İstanbul və Zanzibar adasına, 10 avqustdan isə Antalya, Bodrum və Dalamana səfər edə biləcəklər.
Tarix: 1-08-2020, 08:39
Xəbəri paylaş



Xəbər lenti