İNGİLİS ƏKS-KƏŞFİYYATININ YENİ RƏİSİ:Liviya doğumlu, keçmiş səfir, türkcə sərbəst danışan, Şərq xalçaları toplayan casus


Qordon Korera
“BBC”, 29.06.2020
 
Gizli Kəşfiyyat Xidmətinin (SIS, qısaca “C”), yaxud MI6-nın növbəti rəisi Riçard Mur olacaq. Cənab Mur hazırda Xarici İşlər Nazirliyində siyasi direktor və Türkiyədəki keçmiş səfirdir. Payızda o, MI6-nın rəisi vəzifəsini icra edəcək. Təxminən 6 ildir ki, bu vəzifədə olan Ser Aleks Yungeri əvəzləyəcək.
Cənab Mur keçmiş MI6 rəisi tərəfindən “əla seçim” və “sakit, cəlbedici, düşüncəli və cəsarətli şəxs” kimi qiymətləndirilib.
MI6 – İngiltərənin xarici kəşfiyyat xidmətidir və İngiltərədən kənarda kəşfiyyat məlumatı toplamaq üçün məsuliyyət daşıyır. Onun üç əsas məqsədi terroru dayandırmaq, düşmən dövlətlərin fəaliyyətini pozmaq və İngiltərəyə kiber üstünlük qazandırmaqdır.
Həmkar kəşfiyyat orqanı olan MI5 İngiltərəni, vətəndə və xaricdəki vətəndaşlarını və maraqlarını milli təhlükəsizliyə təhdidlərdən qorumaq üçün məsuliyyət daşıyır.
İngilis casusu olmaq nə deməkdir?
Liviya doğumlu cənab Mur 1987-ci ildə MI6-ya qoşulub və daha sonra orada rejissor rollarını icra edib. Nazirlər Kabineti Aparatında milli təhlükəsizlik üzrə müşavirin müavini olub.
Karyerası boyunca Vyetnam, Türkiyə, Pakistan və Malayziyaya göndərilib.
İnternetdəki tərcümeyi-halına görə, evlidir və 2 övladı, həmçinin, maraqları arasında qolf, gəzinti, dalğıclıq, türk xalçaları və duluzçuluq məmulatları toplama, tarixi yerləri ziyarət etmə var. Türkcə sərbəst danışır və bəzən tvit atır.
 
“Həyati mühüm rol”
Mur bildirib: “Xidmətə rəhbərlik etmək üçün geri qayıtmaqdan məmnunam və bundan şərəf duyuram. SIS MI5 və GCHQ ilə birlikdə Britaniya xalqının təhlükəsizliyini təmin etmək və xaricdə Britaniya maraqlarını təbliğ etməkdə çox vacib bir rol oynayır. SIS-də cəsarətli və sadiq komanda ilə birlikdə bu işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.
“C”-də iş MI6-nın xarici aləmi ilə əlaqəli olanları balanslaşdırmağı əhatə edir. Rəis MI6 casuslarının kəşfiyyatı davam etdirə biləcəyinə əmin olmalıdır.
Bu, risk və mənbələr ilə bağlı kompleks qərarlar tələb edir, eyni zamanda, gizli xidmətin texnologiyaya əməl etdiyinə əmin olmaq lazımdır, bir-biri ilə əlaqəli məlumatlara əsaslanan dünya ənənəvi casusluğu çətinləşdirir. Lakin bir rəis ayrıca kəşfiyyat sahəsində əməkdaşlıq edən və bəzən həssas ölkələrlə təmas quran ittifaqları dəstəkləyən gizli diplomat kimi fəaliyyət göstərərək, daha geniş dünyanı görə bilməlidir.
Rəis həm də Uaytholla istiqamətlənməlidir. Baş nazirlə az əlaqədə olduqları zamanlar olub, amma münasibətlər yaxınlaşdıqca vəziyyət dəyişib. İraq müharibəsi ərəfəsində olduğu kimi.
MI6-da işlədiyi vaxt, karyerasının əvvəlində, sonra səfir kimi və nəhayət, hakimiyət dəhlizlərində olarkən, Riçard Murun CV-nə qeyd olunanlar, ehtimal ki, ona vəzifəyə təyinatında kömək edib.
2014-cü ilə qədər 5 il MI6 patronu vəzifəsini icra edən Con Souers cənab Murun “mükəmməl bir təcrübə sahibi olduğunu, kəşfiyyat əməliyyatlarını idarə etmək, diplomatiya və siyasətin formalaşmasında yüksək vəzifələr tutmağa layiq olduğunu” söyləyib.
“O, kəşfiyyatın necə aparıldığını və milli təhlükəsizliyimizi qorumaq üçün ən yaxşı şəkildə necə istifadə edildiyini bilir”.
Cənab Souers əlavə edib: “Mən Riçardı uzun illərdir tanıyıram. O, sakit, cəlbedici, düşüncəli və cəsarətlidir, xüsusilə, bu çətin vaxtlarda MI6 rəhbərinin tələbkar rolu üçün vacib olan bütün keyfiyyətlərə malikdir”.
İstefaya getməkdə olan MI6 rəhbəri Ser Aleks deyib: “Riçard yüksək səviyyəli bir kəşfiyyat işçisidir və onu yenidən xidmətdə qarşılamağı həsrətlə gözləyirik”.
Xarici işlər naziri Dominik Raab cənab Muru baş nazirin razılığı ilə təyin edib.
Nazir bildirib: “O, böyük təcrübə ilə SIS-ə qayıdır və yorulmaz səyləri nadir hallarda ictimaiyyətə görünən, lakin İngiltərənin təhlükəsizliyi və çiçəklənməsi üçün vacib olan bir qrup kişi və qadının işinə nəzarət edəcək”.
Raab əlavə edib: “Gizli Kəşfiyyat Xidmətinə rəhbərlik etdiyi müddətdə etdiyi hər şeyə görə Ser Aleks Yungerə təşəkkür edirəm. Artan və daha müxtəlif təhdidlər dövründə xidmətə diqqətlə və effektiv rəhbərlik edib”.
Ser Aleks 2014-cü ildə “C” kimi tanınan SIS rəhbəri rolunu üzərinə götürüb.
MI6 rəhbərinin açıq nitqi nadir hallarda olub. 2018-ci ildə Ser Aleks bakalavriaturasında oxuduğu Sent-Endryus Universitetində çıxış edib.
Çıxışında Çin texnologiya şirkətlərinin İngiltərənin rabitə infrastrukturuna cəlb edilməsi ilə bağlı suallar qaldırılıb.
O, həmçinin Rusiyanın İngiltərənin imkanlarını səhv qiymətləndirməməli olduğunu söyləyib.
Tərcümə: Strateq.az
Tarix: 30-07-2020, 22:00
Xəbəri paylaş



Xəbər lenti