Ermənistanda siyasi və iqtisadi fors-major respublikada daxili siyasi dəyişikliklərə gətirib çıxara bilər.“Report” Ermənstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin keçmiş prezidenti (1998-2008-ci il) Robert Koçaryan bildirib.
"Hökumətin iqtisadiyyatda və siyasətdə heç bir vədi yerinə yetirilməyib. Bu fors-majordur, hansı ki, ölkədə siyasi vəziyyətin çox sürətli dəyişikliyinə gətirib çıxara bilər", - Koçaryan telekanallarına deyib.
O həmçinin qeyd edib ki, Ermənistan hökumətinin çox hissəsi sözdə qloballaşmanı təbliğ edən qeyri-kommersiya təşkilatından gəlib.
"Təəssürat belədir ki, millətin yaradılması əvəzinə surroqatın yaradılması prosesi gedir. Bizim hökumətimiz ölkəni hamının qaçdığı yerə aparır. Bir çox ölkələrdə milli qüvvələr öz mövqelərini bərkidir.
İndi dünyada milli dəyərlər üçün mübarizənin yeni trendi formalaşdırılır. Çin və Rusiya bu prosesdə liderdir”, - Koçaryan deyib.
Tarix: 30-07-2020, 08:55