Estoniya, Tallin
Baltikyanı ölkələr Rusiyanın qonşuluğunda özünü təhlükəsiz hiss etmir. Xüsusilə Estoniya çox narahatdır.
Bu ölkə dəfələrlə Rusiyanın ötən əsr ələ keçirdiyi tarixi torpaqları qaytarmalı olduğunu da bəyan edib. İndi isə başqa tədbir görülür.
Bizimyol.info xəbər verir ki, Estoniya Rusiya ilə arasında divar hörməyə başlayıb. Baltikyanı ölkənin xarici işlər naziri Mart Helme bu haqda danışıb. Diplomatın sözlərinə görə, nəzərəçarpan və yaxşı müdafiə olunmuş sərhəd üçün bu addımı atırlar. Sərhəddə divar hörüləndən sonra videokameralar da yerləşdiriləcək. Vırumaa uyezdində iş artıq başlayıb. Hələlik 23.5 kilometr ərazidə infrastruktur yaradılması istiqamətində işlər aparılır. Növbəti mərhələdə daha genişmiqyaslı fəaliyyət olacaq.
Estoniya hələ 2016-cı ildə Rusiya ilə quru sərhədləri barədə qanun layihəsi qəbul etmişdi. Eston siyasətçilər layihənin müasirliyinə görə Avropa İttifaqında xüsusi seçiləcəyini bildirirlər. Çünki sərhədçilər əraziyə dronlar və viodekameralarla nəzarət edə biləcəklər.
Tarix: 28-07-2020, 20:17