Yunanlar türk mallarını boykot etmək istəyir - Video
Ayasofyanın məscidə çevrilməsi Yunanıstanda böyük qəzəblə qarşılanmışdı. Avropa ölkəsində Türkiyənin qərarı matəm ovqatı yaratmışdı.
Bizimyol.info xəbər verir ki, yunanların Ayasofyaya görə qəzəbi soyumayıb. Yunanıstan biznesinin nümayəndələri ictimaiyyətə türk mallarını boykot etməklə bağlı çağırış ünvanlayıb. Sahibkarlar ölkədə daha Türkiyə məhsullarının satılmasını istəmir. Yunan-türk münasibətləri keçən həftənin əvvəlindən gərginləşib. Türkiyə gəmilərinin Aralıq dənizində seysmik kəşfiyyat işləri aparması Yunanıstan tərəfinin xoşuna gəlməyib. Buna görə yunan ordusu hazır vəziyyətə gətirilmişdi. Türkiyə isə “yaxınlaşanı vuracağıq” bəyanatı vermişdi. Qərb mətbuatında gərginlik başqa səbəblərlə əlaqələndirilir. Yazılanlara görə, yeni qaz yataqlarının tapılması hər iki tərəfi hərəkə keçirib.