İran ordusunun (SEPAH) və “Həşdi-Şabi” yaraqlılarının nəzarətində olan İraqın paytaxtındakı Əs-Sərq bazasında partlayışlar baş verib.Teleqraf.com xəbər verir ki, bu barədə məlumat yayan İraq mediası partlayışların səbəbini raket hücumu ilə əlaqələndirib.
İraq parlamentinin deputatı Falih əl-Xəzəli isə bildirib ki, bazada partlayışlar ABŞ və İsrail dronlarının bölgəni bombalaması nəticəsində baş verib.
Tarix: 27-07-2020, 21:59