İranda daha bir müəmmalı partlayış?


İyulun 25-də axşam saatlarında iranlılar Qeşm adasında partlayış səsi eşitdiriblər, daha sonra isə elektrik kəsilib.
"The Jerusalem Post" xəbər verir ki, rəsmilər zəlzələ olduğunu təsdiqləyib, lakin bir çoxu buna inanmır.
Sosial şəbəkədə baş verənlər haqda nəzəriyyələr ortaya çıxıb. Qeşm balıqçılıq, turizm və Fars körfəzində qanunsuz neft ticarətində iştirak etməsi ilə məşhurdur. İyulun ortalarında BƏƏ-dən İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən "qaçırılan" "Gulf Sky" tankeri adanın yaxınlığında lövbər salıb. IRGC-nin bu yerdə hərbi bazası olduğu üçün bu da vacibdir.
Sosial şəbəkələr və bəzi KİV-lər iddia ediblər ki, adada partlayış baş verib, lakin ölkə hakimiyyəti gizlədir. Hətta iyun ayının sonundan bəri bənzər hadisələr mütəmadi olaraq yaşanır.
Yerli balıqçılar isə onlara balıq ovuna getməmək tövsiyyə olunduğunu iddia edirlər. Onlar hesab edirlər ki, "sirli" səslərin mütləq zəlzələ ilə əlaqəli olmadığını göstərir. Hadisənin adada döyüş sursatlarının saxlanması ilə əlaqəli olduğu barədə fərziyyələr də mövcuddur. Hər halda, partlayışın baş verdiyinə dair heç bir dəlil yoxdur.
Tarix: 27-07-2020, 08:04
Xəbəri paylaş



Xəbər lenti