Ukraynanın Müdafiə naziri atəşkəs razılaşmasına münasibət bildirib


Ukraynanın Müdafiə naziri atəşkəs razılaşmasına münasibət bildirib
Taran: “Hərbçilərimiz reaksiya vermək hüququndan istifadə edəcəklər”
 
Ukraynanın Müdafiə naziri Andrey Taran Donbasda tam və hərtərəfli atəşkəsin yalnız ATƏT nümayəndələrinin iştirakı ilə sabit razılaşma prinsiplərinə əməl olunacağı təqdirdə həyata keçiriləcəyini söyləyib. Bu barədə AYNA “Ukrinform”a istinadən məlumat verir.
 
Taran deyib ki, Ukrayna Silahlı Qüvvələri razılaşmalara əməl edəcək: “Amma separatçılar razılaşmanı pozub atəşə davam edərsə, hərbçilərimiz reaksiya vermək hüququndan istifadə edəcəklər”.
 
“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı əlavə ehtiyatlar yaratmağa və düşmənə lazımi cavab verməyə hazırdır. Əsgərlərimiz ayıq-sayıqdırlar. Ukraynanın siyasi rəhbərliyinin sülh planlarını həyata keçirməsi üçün ordumuz səylərini əsirgəməyəcək", - deyə nazir vurğulayıb.
 
Qeyd edək ki, Üçtərəfli Əlaqə Qrupu iyulun 27-dən etibarən Donbassda tam və hərtərəfli atəşkəsin yaradılması barədə razılığa gəlib. Razılığa, hücum və kəşfiyyat hərəkətlərinə qadağa, atəş silahlarının, o cümlədən snayperlərin istifadəsi və atəşkəs rejiminin pozulmasına görə intizam tədbirləri daxildir.
Tarix: 27-07-2020, 07:10
Xəbəri paylaş



Xəbər lenti