“O əllər sındırılar...”- Yunanıstanda türk bayrağının yandırılmasına sərt reaksiya...






M.K.Atatürkün doğulduğu Selanik şəhərində türk bayrağının yandırılmasına çox sərt təpki göstərilib.
 
Moderator.az xəbər verir ki, məsələylə bağlı Müdafiə Nazirliyi “Şanlı bayrağımıza uzanan əllər sındırılar”-açıqlamasını verib. 

Bir neçə gün öncə Ayasofyanın 86 il sonra məscid kimi fəaliyyətə başlaması Yunanıstanda narazılığa səbəb olub. Bu səbəbdən Selanikdə türk bayrağı yandırılıb. 

Türkiyənin Müdafiə Nazirliyi isə bu addımı şiddətlə qınadığını və lənətlədiyini bildirib. Nazirlik həmçinin bayrağı yandıran əllərin sındırılacağını açıqlayıb. 
Tarix: 26-07-2020, 21:16
Xəbəri paylaş



Xəbər lenti