Putin və Yunanıstan Baş naziri “Aya Sofiya”nı müzakirə ediblər - Rusiya riyakarlığından qalmır



Rusiya prezidenti Vladimir Putin Yunanıstanın Baş naziri Kyriakos Mitsotakislə telefon danışığı aparıb.
Söhbətin mövzusu İstanbuldakı “Aya Sofiya”nınyenidən məscid kimi fəaliyyətə başlaması olub. Bu barədə Kremlin mətbuat xidməti xəbər verib. Xəbərdə deyildiyi kimi, liderlər «vəziyyəti ətraflı müzakirə ediblər».
Bundan başqa, Rusiya-Yunanıstan qarşılıqlı fəaliyyəti mövzusuna toxunulub. Qeyd olunur ki, söhbətin təşəbbüskarı yunan tərəfi olub.
Xatırladaq ki, Türkiyə hakimiyyəti “Aya Sofiya”nın sözügedən obyektin məscid statusunu qaytarıb ki, bu da beynəlxalq qanunlara görə, qardaş ölkənin daxili işidir. Amma Türkiyənin bu qərarı Avropa İttifaqı, Vatikan və Rusiya pravoslav kilsəsi (RPK) tərəfindən «tənqid»ə məruz qalıb.
Xəbər verildiyi kimi, Avropa İttifaqında məsələyə qızğın etirazların generatoru qismində Yunanıstan çıxış edir. Belə ki, Yunanıstan hakimiyyəti İstanbul niskilini unuda bilmir və bu baxımdan «yeddi aranın yeri göynəyir» - hər addımda Türkiyənin əl-ayağına dolaşmaqdan usanmır, hətta onun daxili işlərinə burun soxmağa cəhd edir…
Vatikanın mövqeyi də aydındır - bu «qoca keşişlər ölkəsi» heç vaxt Türkiyəni (Osmanlı dövlətini) həzm edə bilməyib və bütün dövrlərdə türklərə qarşı yönəlmiş «pis əməllər»in yanında olub…
Bəs Rusiya? Bu dövləti əbəs yerə «səbrli təcavüzkar» adlandırmayıblar. Nədən ki, Rusiya hər zaman çox məkrli siyasəti və müstəsna riyakarığı ilə seçilib.
Sofiya kilsəsi məsələsinə münasibətə də Putin Rusiyası öz riyakarlığını gizlədə bilmir. Məsələn, bir neçə gün bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində bəyan etmişdi ki, sözügedən kilsənin statusunun dəyişdirilməsi Türkiyənin daxili işidir və heç kim buna qarışa bilməz.
Amma üstündən heç bir həftə keçməmiş, Putin heç bir hüquqi əsas olmadan «məsələni» Yunanıstanın Baş naziri ilə «müzakirə» edir.
Belədə, məntiqi sual yaranır: Putin Türkiyənin daxili işini hansı əsasla «müzakirə» edir və bu məsələyə yönəlik Rusiyanın Yunanıstanla «baş-başa verməsində» məqsəd nədir?
AzPolitika.info
Tarix: 24-07-2020, 14:17
Xəbəri paylaş



Xəbər lenti