Türkiyənin xəbərdarlığı: “Yaxınlaşanı vuracağıq”


Türkiyənin xəbərdarlığı: “Yaxınlaşanı vuracağıq”

Türkiyə və Yunanıstan arasındakı gərginlik hər saat bir az da artır. Yunan gəmiləri Egey dənizində yan-yana düzülür.

Bizimyol.info xəbər verir ki, Türkiyənin Aralıq dənizində seysmik tədqiqatlara başlaması qonşusunu özündən çıxarıb. Yunanıstan ordusu hazır vəziyyətə gətirilib. Gün ərzində yunan gəmiləri Egey dənizində toplaşmağa başlayıb. Gəmilərdən biri Rodos adası ətrafında görünüb. Türkiyə tərəfi xəbərdarlıq etməli olub: “Yaxınlaşanı vuracağıq”.
Yunanıstan Türkiyəni sərhədləri pozmaqda ittiham edir. Rəsmi Ankara isə məhz yunanların beynəlxalq hüquq normalarını saymadığını açıqlayır. Yunan gəmilərinin gün ərzində fəallığına Türkiyə havaya dəniz xəbərdarlıq atəşi ilə cavab verib.
Almaniya, ABŞ bölgədəki gərginlikdən narahatlıq ifadə edib. Böyük dövlətlər hər iki tərəfi səbirli davranmağa çağırıb.
Tarix: 23-07-2020, 12:33
Xəbəri paylaş



Xəbər lenti