“Paşinyan Rusiya ilə…” – Generaldan şok iddia



“Ermənistanda Rusiya ilə münasibətlərimizə qarşı işləyən qruplar nəzərəçarpacaq dərəcədə aktivləşib”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, general Artur Vanetsyan deyib.

“Bir general olaraq, bu qüvvələrin digər dövlətlərin maraqlarına xidmət etdiyinə inanıram. Biz, Rusiya-Ermənistan münasibətlərinin pisləşməsində maraqlı deyilik. Rusiyada olduğu kimi”, - Vanetsyan qeyd edib.

O, Nikol Paşinyanın başçılıq etdiyi hökumətin daxilində “5-ci kolon”un mövqelərinin güclü olduğunu, Rusiyaya qarşı pozucu fəaliyyətlə məşğul olduğunu bildirib.



Tarix: 22-07-2020, 20:07
Xəbəri paylaş



Xəbər lenti