Avropada koronavirusun ən gec yayıldığı ölkənin bütün ərazisində epidemiya elan edildi






Monteneqronun Yoluxucu Xəstəliklər üzrə Milli Şurası yoluxma hallarının artması ilə əlaqədar bütün ölkə ərazisində koronavirus epidemiyası elan edib.

“RİA Novosti” xəbər verir ki, Monteneqroda ümumilikdə 1 920 yoluxma faktı qeydə alınıb.

Son sutka ərzində 98 nəfərə koronavirus diaqnozu qoyulub.

Yeddi yaşdan yuxarı yerli sakinlərdən açıq havada və ictimai yerlərdə maska taxmaq tələb edilib. Müxtəlif görüşlərdə mümkün iştirakçıların sayı məhdudlaşdırılıb.

Ailə şənliklərinə və gecə klublarına qoyulan qadağa avqustun 6-dək uzadılıb. Restoran və kafelər xüsusi vaxt çərçivəsində fəaliyyət göstərir və bəzi bölgələrdə komendant saatı tətbiq olunub.

Qeyd edək ki, Avropa İttifaqı koronavirus səbəbindən Serbiya və Monteneqro ilə sərhədləri açmaqdan imtina edib.

Xatırladaq ki, Monteneqro Avropada koronavirusun ən gec yayıldığı ölkə idi.
Tarix: 22-07-2020, 11:30
Xəbəri paylaş



Xəbər lenti