Rusiya və digər xarici ölkələrlə gərginlik yaratmaq fikrim yoxdur.Axar.az xəbər verir ki, bunu ABŞ-da Demokratlar Partiyasından prezident seçkilərinə namizəd Co Bayden deyib.
“Kreml və digər xarici hökumətləri xəbərdarlıq edirəm. Əgər mən prezident seçilərəmsə, rəhbərlik etdiyim hökumət ABŞ-da seçkilərə müdaxilə edənlərə möhkəm və uzunmüddətli bədəl ödədəcək. Rusiya və digər xarici ölkələrlə gərginlik yaratmaq fikrim yoxdur. İdarə edəcəyim hökumətin bütün enerjisini COVİD-19-un vurduğu iqtisadi ziyanın aradan qaldırılması və digər narahatedici qlobal problemlərə sərf etməsini üstün tutaram”, - C.Bayden deyib.
Tarix: 21-07-2020, 12:39