Ukraynanın İran tərəfindən vurulan sərnişin təyyarəsinin məlumat yazıları Parisdədir





Kanadanın xarici işlər naziri Fransua Filipp Şampan deyib ki, Ukraynanın İran tərəfindən vurulub salınan sərnişin təyyarəsinin məlumat yazıları hazırda Parisdədir.
Bu yazılar təhlil üçün Fransanın Mülki Aviasiya Təhlükəsizliyi Agentliyinə təhvil verilməlidir.
Şampanın dediyinə görə, Kanadanın Nəqliyyat Təhlükəsizliyi rəsmiləri yazıların təhqiqat üçün bu gün təqdim edəcək.
Ukrayna Beynəlxalq Hava Yolları şirkətinin PS-752 reysi ilə uçan sərnişin təyyarəsi yanvarın 8-də Tehran beynəlxalq hava limanından qalxdıqdan az sonra vurulub.
Təyyarədəki 176 nəfərin hamısı həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada vətəndaşı idi. Həlak olanların əksəriyyəti iranlılar idi. Təyyarə İranın hava hücumundan müdafiə sistemi ilə İraqdakı ABŞ qüvvələrini raket atəşinə tutduğu əsnada vurulub.
Bundan bir neçə gün əvvəl İran İslam İnqilabı Keçşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general Qasım Süleymani Bağdadda ABŞ-ın dron zərbəsi ilə öldürülmüşdü və İran yanvarın 8-də həmin hadisəyə cavab olaraq İraqdakı iki hərbi hava bazasını raket atəşinə tutmuşdu.
İran təyyarənin vurulmasını səhv adlandırıb və bunun hava limanına istiqamət alan raket zənn edildiyini bildirib. Ordu bunu bir neçə gün sonra etiraf edib və bu, etirazlara səbəb olub.





Tarix: 21-07-2020, 12:24
Xəbəri paylaş



Xəbər lenti