İran iki ölkə arasında imzalanmış 25 illik strateji həmkarlıq sazişi çəçivəsində Fars körfəzindəki Kiş adasını Çinə verməyə hazırlaşmır.Kiş alasındakı azad ticarət zonasının idarəçi direktoru Qulam-Hüseyn Müzəffəri bu barədəki söz-söhbəti inkar edir. Sözügedən saziş İranla Çin arasında 2016-cı ildə imzalanıb.
“Sazişdə yalnız bircə bənd var - Fras körfəzindəki Kiş adasına Çin investisiya qoyacaq. Adanın verilməsi isə hətta müzakirə belə, olunmur” - MEHR agentliyi idarəçi direktordan sitat gətirir.
Qulam-Hüseyn Müzəffəri əlavə edib ki, guya Kiş adasının Çinə veriləcəyi barədə ilk dəfə iki il əvvəl oxuyub.
İyun ayında İran hökuməti Çin və İran arasında imzalanmış strateji həmkarlıq sazişinə yol xəritəsini təsdiqləyib. Tehran onun mətnini dərc etmir, amma hələ bir il əvvəl müxtəlif İran mənbələri Çinin İrana gözlənilən nəhəng investisiyaları barədə xəbər verməyə başlayıblar. Bu da Amerika Birləşmiş Ştatları (ABŞ) üçün neft-qaz «bombası»na çevrilə bilər.
İranın «Petroleum Economist» mənbəyi xəbər verib ki, sənədin bir çox mühüm detalı ictimaiyyətə açıqlanmır. Bu detallar qlobal neft və qaz balansını dəyişə bilər.Elan edilən sazişin başlıca bəndi guya, Çinin İran Yanacaq-Energetika Kopleksinə (YEK) yaxın 5 ildə qoyacağı 280 milyard dollarlıq investisiya barədəki bənddir. Sonrakı beşilliklərdə sazişlə, İranın nəqliyyat və sənaye infrastrukturuna daha 120 milyard dollarlıq investisiyanın yatırılacğı nəzərdə tutulur.
AzPolitika.info
Tarix: 18-07-2020, 10:04