Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Avtoradio" efirində Ayasofyanın Türkiyə hakimiyyəti tərəfindən muzeydən məscidə çevrilməsinin müsbət tərəfindən danışıb. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, katedralın xristianlar üçün müqəddəs əhəmiyyəti ilə bağlı suala Peskov məsələyə müxtəlif cür başa yanaşmanın mümkünlüyünü qeyd edib.
Peskov istənilən ziyarətçinin Ayasofyaya pulsuz daxil ola biləcəyini vurğulayıb:
"Üstəlik sizə deyim ki, Ayasofyaya ziyarət biletləri olduqca bahalı idi. İndi giriş biletsiz və pulsuz olacaq”. Buna görə rusiyalı turistlər bu fürsətdən istifadə etməlidirlər. Xristian abidələrinə gəldikdə, Türkiyə hakimiyyəti onları qorumaq üçün söz verib, - Peskov qeyd edib.
Peskov Ayasofyanın statusunun dəyişdirilməsinin Rusiya ilə Türkiyə arasındakı münasibətlərə böyük təsir göstərəcəyinə inanmır. Bu, Ankaranın daxili işidir, amma Moskva Ayasofyanın YUNESKO-nun Dünya İrsi Saytı olaraq qalacağına ümid edir.
Xatırladaq ki, əvvəllər Türkiyə Dövlət Şurası Ayasofyanın məsciddən muzeyə çevrilməsi ilə bağlı 1934-cü il tarixli fərmanı ləğv edib, indi məbəd yenidən dini məkana çevrilir və orada tezliklə müsəlmanlar ibadət edə biləcəklər.
Tarix: 17-07-2020, 21:24