Təbrizdə Qarabağ aksiyası: Milli fəallar həbs edildi-SON DƏQİQƏ


Təbrizdə Qarabağ aksiyası: Milli fəallar həbs edildi-SON DƏQİQƏ

Güney Azərbaycanın Təbriz şəhərində Ermənistanın Azərbaycana təcavüzünə qarşı etiraz aksiyası keçirilib.
GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe. info-ya verdiyi məlumata görə, Azərbaycan Respblikasının Təbrizdəki konsulluğu qarşısında keçirilən aksiyada milli fəallar polis zorakılığına məruz qalıb.
Aksiyada fəallıq göstərən gənclər həbs edilib. Həbs edilənlər Rəsul Rəzəvi, Həkimə Əhmədli, Rəhim Sasani, Salar Tahir Avşar, Qəhrəman Vərzişi, Sədullah Sasaniyan və Yasəmən Zəfəridir.
Qeyd edək ki, aksiyada “Azərbaycan var olsun, istəməyən kor olsun”, "Qarabağ bizimdir, bizim olacaq" və digər milli şüarlar səslənib.

Tarix: 16-07-2020, 23:07
Xəbəri paylaş



Xəbər lenti