
Koronavirus epidemiyasını dayandıracaq peyvənd üçün elm dünyasında fasiləsiz çalışmalar davam edərkən ABŞ prezidenti Donald Tramp ümidverici bir paylaşım edib.
Moderator.az xəbər verir ki, pandemiyadan çox çox təsirlənən ölkə olan ABŞ-da ölkə başçısının "tvitter" hesabında "Peyvəndlərlə bağlı şad xəbərlər var" ifadəsindən istifadə etməsi sosial medianının gündəminə çevrilib.
Bundan başqa ABŞ-da "mRNA-1273" olaraq tanınan və hazırda hazırlanma mərhələsində olan peyvəndin təhlükəsiz olduğu və klinik çalışmaların ilk mərhələsində 45 iştirakçının hər birində peyvənddən sonra imunnitet reaksiyası yarandığı bildirilib.
Qeyd edək ki, 200-dən çox ölkədə görülən koronavirus pandemiyası səbəbi ilə ölənlərin sayı 580 mini keçib, 13 milyon 500 min nəfər isə virusa yoluxub.
Tarix: 15-07-2020, 22:05