Tramp: “Avropa İttifaqı ABŞ-ı istismar etmək üçün yaradılıb”



“Avropa İttifaqı Amerika dövlətini öz maraqları naminə istismar etmək üçün yaradılıb”.
TASS-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ lideri Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-ın Çin və dünyadakı bir çox ölkə ilə rəqabət apardığını qeyd edib. D.Tramp bildirib ki, Avropa İttifaqı da heç vaxt ABŞ-a yaxşı yanaşmayıb.
“Aİ ABŞ-dan öz maraqları naminə istifadə etmək üçün yaranıb. Yaradılıb və ABŞ-dan istifadə edir. Mən bunu bilirəm, onlar da mənim bunu bildiyimi bilirlər. Digər prezidentlərin isə bu barədə anlayışı belə yox idi”, - deyə D.Tramp qeyd edib.
Tarix: 15-07-2020, 12:35
Xəbəri paylaş



Xəbər lenti