Böyük Britaniyada dəniz istirahətinə üstünlük verən turistlər çətin vəziyyətə qalıb. Otellər bağlandığından, onlar çimərlikdə gecələməli olur.
Bizimyol.info xəbər verir ki, “Daily Star” avropalı turistlərin çətin duruma düşməsindən yazıb. Yazılanlara görə, sahil ərazilərdəki otellərdə otaq bron edənlər çarəsiz vəziyyətə düşüb. Çünki otellər işləmir. İspaniyadan xeyli turist geri qayıdıb. İngilislərin bir çoxu çimərlikdə gecələməyi seçib. Onlara kompensasiya ödəyən yoxdur.
Turistlərdən Semmi Liperis deyib ki, o, ümumi durumdan otelin yerləşdiyi əraziyə gəlib çıxanda xəbər tutub. Pandemiyaya baxmayaraq, otellər otaq bron etdirməyə şərait yaradır. Amma otaqlarda gecələmək mümkün deyil.
Devis soyadlı başqa turist otelə 250 funt sterlinq (300 dollardan çox) ödədiyini bildirir: “Amma bir çoxundan fərqli olaraq, mənim xərcləməyə pulum var”.
Turizm şirkətləri belə faktlarla qarşılaşmadıqlarını açıqlayır.
Tarix: 12-07-2020, 20:31