Türkiyənin bu hərəkətinə cavab verilməlidir - Sidorov


Türkiyənin bu hərəkətinə cavab verilməlidir - Sidorov
Rusiyanın Kommunist Partiyası Aya Sofyaya məcsid statusu verildiyi üçün vətəndaşları Türkiyəyə səyahət etməməyə çağırıb.

Axar.az xəbər verir ki, partiyanın mərkəzi komitəsinin sədr müavini Yaroslav Sidorov açıqlama verərək bildirib ki, Rusiya Türkiyənin bu hərəkətini cavabsız qoymamalıdır:

"Kommunistlərin sözçüsüyəm və partiyadakı kommunistlərin birgə fikirini dilə gətirirəm. Türkiyənin Aya Sofyaya muzey statusunu geri qaytarmayacağı təqdirdə, rusları Türkiyəyə səyahət etməməyə çağırıram. Türkiyə Rusiya ilə digər ölkələrin qurumlarının dəfələrlə verdiyi açıqlamaları nəzərə almır. Rusiya hökuməti ilə ictimaiyyətin bu hərəkətə güclü cavab verməsi lazımdır".
Tarix: 12-07-2020, 06:05
Xəbəri paylaş



Xəbər lenti