Ukraynanın Baş prokuroru Poroşenko ilə bağlı açıqlama verib


Ukraynanın Baş prokuroru Poroşenko ilə bağlı açıqlama verib
Sabiq Prezidentlə bağlı hər gün ölkənin hər yerindən ifadələr alınır
 
Ukraynanın Baş prokuroru İrina Venediktova, ölkənin beşinci Prezidenti Petro Poroşenkoya qarşı cinayət işləri ilə bağlı vəziyyəti açıqlayıb. AYNA xəbər verir ki, onun fikirləri Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən rəsmi “Telegram” kanalında yayımlanıb.
 
Venediktova Poroşenkonun cinayətləri ilə bağlı hər gün ölkənin hər yerindən ifadələr alındığını söyləyib. O, xatırladıb ki, Baş Prokurorluq yalnız hüquq-mühafizə orqanları işi yekunlaşdırdıqdan sonra ibtidai istintaq başladıla bilər.
 
Venediktovanın sözlərinə görə, Poroşenkoya qarşı dörd iş artıq cinayət tərkibi olmadığına görə rədd edilib.
 
Bunlar, Poroşenkonun offşor şirkətlər vasitəsi ilə cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, məhkəmələrin fəaliyyətinə müdaxilə etmək, ordudan oğurlanan pulların yuyulması və Konstitusiya quruluşunu devirmək cəhdləri ilə bağlı cinayət işləridir.
 
Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavininin qanunsuz təyin edilməsinə görə keçmiş Prezident şübhəli olaraq istintaqa cəlb edilib. Poroşenko eyni zamanda, Ukraynanın Pravoslav Kilsəsinin yaradılması ilə dini nifrət oyatmaqda günahlandırılır.
Tarix: 9-07-2020, 21:42
Xəbəri paylaş



Xəbər lenti