Qərbi Avropa ölkəsində COVID-19-a ümumilikdə 197 341 yoluxma aşkarlanıb Almaniyada son bir gündə koronavirusa daha 397 yoluxma qeydə alınıb, virusdan 12 nəfər ölüb.
AYNA xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.
Qeyd edilir ki, Qərbi Avropa ölkəsində COVID-19-a ümumilikdə 197 341 yoluxma aşkarlanıb, epidemiyanın başlanğıcından koronavirusdan 9 036 pasiyent ölüb. Bununla yanaşı, virusa yoluxmuş təxminən 183,1 min insan sağalıb.
Tarix: 8-07-2020, 09:31