Almaniyada maska ilə bağlı tələb aradan qaldırılır – Açıqlama


bitmap-img6

Almaniyanın Şlezviq-Holşteyn əyaləti koronavirus pandemiyası ilə bağlı qapalı məkanlarda maska taxmaq məcburiyyətini aradan qaldırmaq istəyir.

“Report”un Avropa bürosunun məlumatına görə, artıq bununla bağlı əyalət parlamentində müzakirələr başlayıb. Əyalət baş naziri Herri Qlave mətbuata açıqlamasında bildirib ki, yoluxma stastikası aşağı səviyyədə qalsa, qapalı məkanlarda və pərakəndə satış obyektlərində maska tələbini davam etdirmək üçün heç bir səbəb görmür.

H.Qlave bildirib ki, maska tələbi yalnız tövsiyyə şəklində olmalıdır. Baş nazirin sözlərinə görə, ilkin mərhələdə hələlik ictimai nəqliyyatda maskadan istifadə ilə bağlı məcburiyyət qala bilər.

Onun bu fikirləri digər əyalət baş nazirləri tərəfindən birmənalı qarşılanmayıb. Bavariyanın baş naziri Markus Zöder bildirib ki, indiki halda maskadan imtina etmək dəlilik olardı.

Saksoniya, Aşağı Saksoniya, Saksoniya-Anhalt və Bremen əyalətlərinin baş nazirləri  isə, maska ilə bağlı parlamentdə birgə müzakirədən sonra qərar verəcəklərini bildiriblər.

Məlumat üçün bildirək ki, Almaniyada 5 600 aktiv koronavirus daşıyıcısından yalnız 35-i Şlezviq-Holşteyn əyalətində qeydə alınıb.
Tarix: 7-07-2020, 12:30
Xəbəri paylaş



Xəbər lenti