İranın bir bölgəsində 18 milyon nəfər koronavirusa yoluxub


İranın bir bölgəsində 18 milyon nəfər koronavirusa yoluxub
Məsut Mərdani: “İran əhalisinin 20 faizi virusa yoluxub"
 
İranın Koronavirusla Mübarizə Şurasının üzvü Məsut Mərdani payızda qrip və COVID-19-u eyni anda yaşayacaqlarını bildirib. AYNA xəbər verir ki, Mərdani İranda bu ilki payız mövsümünün digərlərindən fərqli olacağını vurğulayıb.
 
Mərdani COVİD-19-un qarşısını ancaq gigiyenik protokollara riayət etməklə almaq olacağını söyləyib: “Payız mövsümündə daha pis bir mənzərə ilə qarşılaşmaq istəmiriksə, xüsusən 60 yaşdan yuxarı və xroniki xəstəlikləri olanlara diqqət etməli və onların virusa yoluxmasının qarşısını almalıyıq”.
 
“İran əhalisinin 20 faizi virusa yoluxub. Biz bir bölgədə koronavirusa yoluxanların faizini dəqiqləşdirmək üçün antikor testlərindən istifadə etdik və 18 milyon iranlının virusa yoluxduğunu müəyyən etdik”, - Mərdani əlavə edib.
Tarix: 4-07-2020, 21:09
Xəbəri paylaş



Xəbər lenti