Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusla mübarizədən qalib çıxdıqlarını elan edib.Cebhe.info xəbər verir ki, Prezident ölkədə koronavirusla mübarizədə sağlam siyasi düşüncə və xalq müdrikliyi sayəsində vəziyyətin satabilləşdiyini bildirib:
"Biz bu gün koronavirusa qalib gəldiyimizi deyə bilərik. Biz qələbə qazandıq. COVID-19 üzərində son qələbədən sonra biz həkimlərimizlə ayrıca görüşəcəyik, onlar bu gün də öz yerlərindədirlər”.Rəsmi məlumata görə, Belarusda 62 min nəfər virusa yoluxub, 398 nəfər ölüb.
Tarix: 3-07-2020, 06:57