“Rus işğalına qarşı mübarizəyə qalxın!” - Liviya sakinlərinə çağırış edilib




Liviya müsəlmanlarına və onların xaricdəki həmdinlərinə Rusiyadan olan muzdlulara qarşı mübarizə aparmaq lazımdır. Bu barədə Liviya müftiliyinin yaydığı fətvada deyilir.
«Yerindən asılı olmayaraq, müsəlmanlar rusiyalı muzdlularla mübarizədə səylərini göstərməlidirlər» - ilahiyyatçıların müraciətində deyilir.
Müftiyyət, rusiyalıları Müəmmər Qəddafinin qətlindən sonra parçalnmış Liviyanı işğal etməkdə günahlandırır. Onlar iddia edirlər ki, Rusiya Liviya şəhərlərini, areroportlarını və mədənlərini nəzarət altına almağa cəhd edir. Bu barədə «Anadolu» agentliyi xəbər verib.
Bundan əvvəl, Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyada təsis olunmuş özəl hərbi şirkətin («Vaqner») 1000 nəfərə yaxın döyüşçüsünün Liviyada qiyamçı marşal Xəlifə Həftarın tərəfində döyüşdüyünü elan etmişdi. Həftar Tripolini ələ keçirməyə və beynəlxalq birlik tərəfindən tanınmış Liviya Milli Razılıq Hökumətini (MRH) devirməyə çalışır.
AzPolitika.info
Tarix: 3-07-2020, 06:45
Xəbəri paylaş



Xəbər lenti