Putin Baş Nazirin koronavirusa yoluxmasından danışıb


Putin Baş Nazirin koronavirusa yoluxmasından danışıb
“İş qrafikimi vəziyyətə uyğun tənzimləmişdim”
 
Rusiyanın Prezidenti Vladimir Putin Baş Nazir Mixail Mişustinin koronavirusa yoluxmasından danışıb. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, Putinin sözlərinə görə, Baş Nazir xəstələndiyi zaman olduqca diqqətli şəkildə işləyib: “İş qrafikimi də vəziyyətə uyğun tənzimləmişdim”.
 
“Rusiyaya Prezident və Baş Nazirin əsla eyni təyyarədə uçmaması, eyni anda vəzifə başından uzaqlaşmaması qaydasını gətirmişəm”, - deyə Putin qeyd edib.
 
Rusiya lideri onu da bildirib ki, ölkədə baş verənlərlə bağlı özünün və Baş Nazirin üzərində böyük məsuliyyət var.
Tarix: 29-06-2020, 08:33
Xəbəri paylaş



Xəbər lenti