“COVID-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var” “Virus radiodalğalar və ya mobil şəbəkələr vasitəsi ilə yayıla bilmir”. AYNA bildirir ki, bu sözlər Ümumdüya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin məlumatında qeyd olunub. ÜST-ün açıqlamasına görə, COVID-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var.
ÜST-nin Azərbaycan nümayəndəliyi nəzərə çatdırır ki, COVİD-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsi ilə yayılır: “Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz”.
Tarix: 28-06-2020, 21:10