Türkiyə hərbi sənayesinin yeni kamikadze dronu “Alpagu” – Dünyada sadəcə iki analoqu var

Türkiyə müdafiə sənayesinin daha bir məhsulu i olan “Alpagu” kamikadze dronu yaxın vaxtlarda istifadəyə veriləcək.
Avropa.info xəbər verir ki, yeni kamikadze dron üzərində Türkiyənin STM Müdafiə Texnologiyaları Mühəndisliyi və Ticarət AŞ şirkəti tədqiqat aparır. Hazırda Türkiyə ordusu tərəfində uğurla istifadə olunan “Kargu” dronu kəşfiyyat, izləmə, məhvetmə, missiyanı ləğvetmə və zərbə endirmə xüsusiyyətləri önə çıxır.
Döyüş şəraitində sınaqdan keçirilən “Kargu”ya “Alpagu” da qoşulacaq. Yüngül çəkisi, şığıma sürəti və vacib hədəflərə xəsarət yetirməsi ilə fərqlənir. 2 kq çəkisi olan “Alpagu”nun dünyada sadəcə iki alternativi var. Kiçik boyu və yüngül çəkisinə baxmayaraq, hədəfi zərərsizləşdirə biləcək qədər partlayıcı daşıya bilir, çox uzaq məsafələrdə fəaliyyət göstərə bilir. Cəmi bir hərbçi tərəfindən daşına və fəaliyyət sahəsində sürətlə istifadə oluna bilir. Süni intellekt və çəkiliş analizi bacarıqları, səssizliyi, daşıdığı partlayıcının hədəfə dəqiq çatması qabiliyyətləri ilə əməliyyatlarda sürpriz effekti yarada bilir.
Buraxılış qurğusundan uçuş, hədəfi vurmaq və zərərsizləşdirmək bacarıqları sınaqdan keçirilən və yaxşılaşdırılan “Alpagu” olduqca uğurlu nəticələr göstərib. Sınaqların çox qısa vaxt ərzində başa çatması və ilin sonuna doğru “Alpagu”nun Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olması gözlənilir.
PUA sürü şəklində istifadə, müxtəlif platformalara inteqrasiya kimi xüsusiyyətləri ilə rəqiblərindən fərqlənir.
Bir hərbçi tərəfindən istifadə olunmaq xüsusiyyəti ilə yanaşı “Alpagu”nun zirehli maşınlar üzərində qurulan buraxılış qurğuşundan uçurula bilən versiyaları da olacaq. “Alpagu”nun “Bayraktar”, “Akıncı”, “Anka” kimi PUA-lardan atıla biləcək versiyaları da hazırlanacaq.
Dronun istehsalı ilə məşğul olan STM-in daha böyük, daha çox partlayıcı götürə bilən, uzağa uçan və daha sürətli versiyaları da var. “Alpagu”unun daha böyük versiyaları 10 kiloqramdan çox partlayıcı daşıyacaq.
Bu il inventara daxil olacaq “Alpagu”nun gələn ildən etibarən müxtəlif növlərdən ibarət dron ailəsinin formalaşdırılması planlanır.
“Alpagu” STM-nin digər məhsulu olan “Togan” kimi silahsız PUA platformasında da inteqrasiya oluna biləcək.
Gələcəkdə “Alpagu” və “Kargu”nun eyni sürüdə fərqli missiyalar üçün istifadə oluna bilməsi üçün konsepsiya hazırlanır.
Tarix: 25-06-2020, 15:09
Xəbəri paylaş



Xəbər lenti