Türkiyədə karantindən sonra yenidən icazə verilən toylarda bir sıra qadağalar tətbiq ediləcək.
Pravda.az xəbər verir ki, yeni qaydalara əsasən, toyda bəy və gəlindən başqa heç kim oynamayacaq.
Mərasimdə yallı getmək və şou göstərmak qadağandır. Bəy və gəlinə verilən hədiyyələr (pul və ya qızıl) onların yaxasına taxılmayacaq, sandıq və ya qutuya qoyulacaq.
Hamının maska taxması şərtdir.
Həmçinin toylar açıq havada, az sayda iştirakçı ilə keçirilməlidir.(open.az)
Tarix: 25-06-2020, 14:06