Avropanın bir sıra bölgələrində koronavirus pandemiyasının ikinci dalğası ilə əlaqədar karantin tədbirləri bərpa edilir.Məsələn, İspaniyanın Araqon vilayətində məhdudiyyətlər aradan qaldırıldıqdan qısa müddət sonra təkrar tətbiq olunub.
Mütəxəssislər hesab edirlər ki, infeksiya meyvə-tərəvəz yığımında iştirak edən mövsümi işçilər arasında yayılmağa başlayıb.
Bundan başqa, paytaxt Madrid və Barselonada infeksiya ocaqları aşkar edilib.
Qonşu Portuqaliyada da hökumət profikatika tədbirləri qismində komendant saatı tətbiq edib. Məhdudiyyət hələlik paytaxt Lissabon və ətraf ərazilərə şamil edilir. Bu müddət ərzində restoran, bar, kafe və mağazaların işi məhdudlaşdırılır.
Trend xatırladır ki, Portuqaliyada son bir ay ərzində koronavirusa yoluxanların sayı 9 min nəfəri keçib. Ümumilikdə ölkədə bu günədək 40 minədək yoluxma, 1,5 min ölüm qeydə alınıb.
Tarix: 23-06-2020, 21:07