“UHAN-400 – MÜKƏMMƏL SİLAH...” - Amerikalı yazıçı hələ 1981-ci ildə Uhandakı laboratoriyalarla bağlı nə yazıb?



Hazırda bəşəriyyətin başı nə qədərkoronavirusla mübarizəyə, bu bəlanın əlacının tapılmasına qarışsa da, onun mənşəyi və yaranma səbəbləri barədə müzakirələr, iddialar və ehtimallar da bitib tükənmir. İndiyə kimi belə bir virusun yaranacağını öncədən xəbər verən və bunu öz fantastik əsərlərində qələmə alan yazıçılar, eləcə də ayrı-ayrı mütəxəssislər və hətta araşdırmaçı jurnalistlər barədə məlumatlara rast gəlinib.
Lakin son zamanlar sosial şəbəkəlrdə və Qərbdəki bir çox ciddi mətbu orqanlarda bu mövzu ilə bağlı ən çox bəhs edilən əsərlərdən biri hələ 1981-ci ildə tanınmış amerikalı yazıçı Din Kuntsun yazdığı “Zülmətin gözləri” romanıdır. Yazıçı həmin əsərdə hərbi laboratoriyada hazırlanan virusun ayrı-ayrı şəhərlərin, hətta ölkələrin əhalisini qırmaq imkanından bəhs edilir. Ən maraqlısı odur ki, yazıçı əsərində bu virusu “Uhan-400” adlanırıb. Bəli, özü də bu zaman məhz Çinin Uhan şəhərini və oradakı laboratoriyaları nəzərdə tutub.
Yazıçının bioloji silah kimi təqdim etdiyi “Uhan-400”-ün hazırda bütün dünyanın qarşısında aciz qaldığı kporonavirusa bənzərliyi kifayət qədər çoxdur. Əsərdə bir qadının azyaşlı oğlunun təsadüfən hərbi laboratoriyada hazırlanan mikroorqanizmə yoluxması və buna görə də oğurlanaraq, hərbi zavodda gizlədilməsindən, buradakı insanlar üzərində aparılan tədqiqatlardan bəhs edilir. Romandakı laboratoriya isə Çində - artıq bütün dünyanın tanıdığı və az qala lənətlədiyi Uhan şəhərində yerləşir...

“Zülmətin gözləri” romanında həmçinin Li Çen adlı çinli alimin Uhanda hazırlanan bioloji sialhla bağlı məlumatların yer aldığı disketi götürərək, ABŞ-a qaçmasından söz açılır. Əsərdə “Uhan-400” adı qoyulan bu silah Çinin hazırladığı ən təhlükəli bioloji silah kimi təqdim olunur. Qeyd edilir ki, bu silah mükəmməldir. Onun həm hazırlanması, həm də sonradan dezaktivasiyası olduqca ucuz başa gəlir. 
Əvəzində, onun məhv etdiyi insanların yaşadıqları ərazilər “güclü insanlar” tərəfindən zəbt olunur: ““Uhan-400”- mükəmməl silah! O, yalnız insanlara təsir göstərir. Heç bir başqa canlı onun daşıyıcısı ola bilməz. “Uhan-400” onun daşıyıcısından kənarda 1 dəqiqədən artıq yaşaya bilmir. Daşıyıcı öləndən və bədəndəki temperatur 30 dərəcədən aşağı enəndən sonra isə o, özü-özünə yox olur...”
Göründüyü kimi, Din Kuntsun hələ 1981-ci ildə barəsində bəhs etdiyi virusun bugünkü koronavirusa ciddi bənzərliyi var. 

Mütəxəssislər bildirirlər ki, yazıçının öz əsərində bioloji silahın ortaya çıxdığı şəhər kimi məhz Uhanı göstərməsi təsadüfi deyil. Çünki onun kimi istedadlı yazıçılar bəhs etdikləri mövzu ilə bağlı daha çox məlumata malik olmağa çalışırlar. Deməli, Uhan laboratoriyaları hələ həmin illərdə məlumatlı dairələr tərəfindən təhlükəli bioloji silah yaratmağa qadir mərkəz kimi qəbul edilib.
Elə indinin özündə də bu virusun məhz Uhanda peyda olmasının həmin şəhərdəki laboratoriyalara bağlılığına dair şübhələri əsassız və təsadüfi saymaq olmaz. Virusun laboratoriyada hazırlandığını iddia edənlərin əsas arqumentlərindən biri də nədən onun Çinin hansısa başqa əyalətində deyil, məhz məlum laboratoriyaların yerləşdiyi Uhanda meydana gəlməsidir. Axı Uhandakı vəhşi heyvan bazarı kimi bazarlar Çində az deyil. Çoxları bunun təsadüf olduğuna qətiyyən inanmırlar...

Mütəxəssislər bildirirlər ki, Uhan öz coğrafi mövqeyinə görə də belə bir bioloji silahın yayılması üçün mükəmməl nöqtədir. Belə ki, bu şəhər Çinin mərkəzində, Qərbdən Şərqə axan Yanszı çayının sahilində yerləşir. Həmçinin, bu şəhər hər növ nəqliyyat zolaqlarının, ölkənin müxtəlif əyalətlərini birləşdirən dəmir yol xətlərinin kəsişdiyi nöqtədir. Buradan gün ərzində az qala sonsuz sayda sürət qatarı keçir. Hətta ötən əsrin 40-cı illərində Çinin ərazilərini işğal edən Yaponiya öz kimyəvi silahlarını məhz Uhanda yerləşdiribmiş . Bir sözlə, istənilən həqiqi, yaxud uydurma virusun ilkin yayılma nöqtəsi olaraq, Uhan olduqca əlverişli mövqeyə sahibdir.
Sözügedən romanda bəhs edilən bioloji silahın indiki koronavirusla uyğunsuzluq təşkil edən tərəfləri də var və bu da təbiidir. Məsələn, “Uhan-400”-ün insan bədənindən kənarda bir dəqiqədən artıq yaşamadığı göstərilirsə, koronavirusda bu göstəricinin üç saata yaxın olduğu iddia edilir. Yaxud, fantastik “Uhan-400” yalnız insandan insana keçə bilir, koronavirusun isə heyvanlara da yoluxmasının mümkünlyü bildirilir. Ən əsası isəəsərin süjetinə görə, “Uhan-400”-ün bioloji silah olduğu sübuta yetirildiyi halda, “COVİD-19”-un laboratoriyada hazırlandığına dair hələ ki, heç bir sübut əldə etmək mümkün olmayıb...
Onu da qeyd edək ki, Din Kuntsun əsərlərinin böyük hissəsi ekranlaşdırıldığı halda, “Zülmətin gözləri” romanı əsasında hələlik film çəkilməyib, ancaq hələlik...
C.Məmmədov
“AzPolitika.info”
Tarix: 23-06-2020, 08:32
Xəbəri paylaş



Xəbər lenti