İNGİLİS KƏŞFİYYATININ SABİQ ŞEFİ ÇİNİ NİYƏ SUÇLAYIR? –Dünyanın hər yerində Rotşildlərin mövqelərinə zərbələr endirilir - ARAŞDIRMA


Ərgün Dilər
“Takvim”, Türkiyə
 
Gəlin, bu gün özəl bir adamla – dünyanı şəkilləndirən şəxslərdən olan Riçard Dirlavla başlayaq. Səhv etmirəmsə, ən son iyunun əvvəlində koronavirusla bağlı danışıb. Və belə deyib: “Covid-19 Uhandakı laboratoriyadan yanlışlıq üzündən yayılıb. Koronavirus insanın yaratdığı bir virusdur. SARS virusu ilə eyni bir ailədən olduğu bilinsə də, araşdırıldığında aralarında böyük fərqlərin olduğu görünəcək. Bu səbəblə, Çin böyük miqdarda təzminat ödəməli ola bilər”.
Ser Riçard Dirlav İngiltərə kəşfiyyat xidməti Mİ6-nın sabiq şefidir (1999-2004-cü illər). Bu üzdən, danışan şəxsin dediyi sözlər çox önəmlidir.
Önəmli olduğuna dair örnəklər verək. İngiltərə kəşfiyyat xidməti Mİ6-nın sabiq şefi Riçard Dirlav, bu gün yaşanan gərginlik haqqında hələ 2000-ci illərdə danışan şəxsdir. O, Kraliça II Yelizavetaya bağlı olsa da, özünü Oppenheymer ailəsinin bir üzvü olaraq görür. Bu gün 75 yaşında olmasına rəğmən, ingilis xarici siyasətini şəkilləndirən şəxsdir.
İndi isə Riçard Dirlavın bağlı qapılar arxasında irəli sürdüyü tələblərə və onların nəticələrinə baxaq. Baxaq ki, önəmini də görə bilək. Onun irəli sürdüyü əsas tələblər sıradakılardır:
– ABŞ-la birlikdə 2003-cü ildə İraqı işğal edək;
– Orta Şərq nefti ilə bağlı ABŞ-la ortaqlıq quraq;
– Kral ailəsi Rotşild ailəsilə ipləri qoparmalıdır;
– Bəzi rus oliqarxların İngiltərəyə girişi qadağan edilməlidir;
– Türkiyə ilə münasibətlər daima ortadan aşağı səviyyədə olmalıdır;
– Türkiyə ilə yalnız Kipr adası və Aralıq dənizi ilə bağlı ortaqlıq edilməlidir;
– AB-dən həmən ayrılmalıyıq (bunun müzakirəsi belə, gülüncdür).
Riçard Dirlav deyirdi: “Mİ6-da olduğum müddət ərzində bir virus infeksiyasının yayılacağını davamlı olaraq hiss edirdim. Tarixini deyə bilmərəm, ancaq yaxın zamanda virusla tanış olacağıq”.
Bəli, Riçard Dirlav belə bir önəmli şəxsdir. O, Kraliçaya, ingilis dövlətinə ağıl verən, yön göstərən bir şəxsdir.
Virusla bağlı dedikləri önəmli olsa da, Dirlav Rotşildləri qarşısına alırdı. Əsl maraqlı olan onun özündə bu cəsarəti tapması idi. Və bununla kifayətlənmirdi. Bilirsinizmi, nə edirdi?
Məsələləri bir az açaq. Riçard Dirlavın hər bir tələbi yerinə yetirilib.
İndi, koronavirus infeksiyasının yayıldığı müddətdə Kraliça II Yelizaveta ilə əlaqə qura bilən bir neçə şəxsdən biri olan Riçard Dirlav, Rotşild ailəsinin artıq İngiltərədə öz təsirini itirməyə başladığını söyləyib. Çünki maliyyə idarəçiliyinin tamamına sahib olan Rotşildlər bu gün Londonda 70%-lik təsirə sahibdirlər. Əlbəttə, bu da çox önəmli bir gücdür, lakin itki də az deyil.
Ağıla gələn ilk sual budur: “Yaxşı, bəs bu, necə oldu?”
İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Karni 6 martda vəzifəsindən azad edildi. Bu qərarı verən şəxs də Riçard Dirlav idi. Çünki virus infeksiyası yayılmağa başlamışdı. İngiltərə Mərkəzi Bankının rəhbəri Endryu Con Beyli oldu. Beləliklə, bəlkə də, ilk dəfə Rotşild ailəsi bir mərkəzi bankı itirdi. Ailə daxilində də böyük sarsıntıya səbəb olan bu durum İngiltərədə də etirazlara səbəb oldu. Ortalıq qarışdı, qarışmaqda davam edir. Etiraz edən kütlələrin küçələrə ABŞ-da öldürülən qaradərili Corc Floyda dəstək vermək üçün çıxdığı söylənsə də, bu etiraz hərəkatını Rotşild ailəsinin dəstəklədiyi fondlar təşkil etdilər.
Bunu bilən Riçard Dirlav da “Müstəqil Britaniya!” dedi. O bunu Kraliça II Yelizavetaya söylədi. Əgər Britaniya belə, müstəqil deyilsə, deməli, heç bir ölkə müstəqil deyildir.
İngiltərənin xarici siyasətini də müəyyən edən şəxslər ailədən dəstək alırdılar. Baş nazirlər ailənin qərarı ilə seçilirdilər. Devid Kameron da, Tereza Mey də, Boris Conson da ailənin malikanəsində qəbul edilən qərarla 10 saylı binaya (Baş nazirin Londondakı rezidensiyası – tərc.) göndərilmişdir.
İngiltərənin xarici işlər naziri olmuş Uilyam Heyq, Filipp Hammond, Boris Conson  Ceremi Hant da bu vəzifəyə ailənin qərarı əsasında təyin edilmişlər. Ancaq ilk dəfə Dimonik Raab bu ənənəni pozdu. Raab, çox təsirli bir şəxsdir. Rotşildlərin malikanəsinə getmədən nazir olması onun da arxasının güclü olduğunu göstərir. Raabın davamlı, həm də sıx olaraq görüşdüyü şəxsin Pompeo olmasını xatırlatmaqda fayda vardır.
Davam edək… Dominik Raab, 20 iyul 2019-cu ildə Riçard Dirlavla görüşdü. 4 gün sonra da İngiltərə Xarici işlər naziri oldu. Riçard Dirlav İngiltərədə hər sahədə öz təsirindən istifadə edir. Təbii ki, burada Kraliça II Yelizavetadan aldığı dəstəyin təsirini də unutmamaq lazımdır. İngiltərə daxilindəki bu dəyişiklik yalnız London mərkəzli olmayacaqdır. Şərhlər belədir. Çünki İngiltərədə başlayan bu cərəyan Avropa və Asiyaya da yayılmaqdadır. Rotşild ailəsinin qurduğu böyük birlik içində olan ölkələrdə də sıxıntı vardır. Rotşild ailəsi öz evində belə, bu qədər güclü bir hücuma məruz qalırsa, deməli, başqa ölkələrdə daha çətin günlər yaşayacaqdır. Qarşı tərəfin məqsədi budur. Ailə də bunu başa düşür. Əlbəttə, önləyici tədbirlər görürlər. Lakin Rotşildlərin həm İngiltərə Mərkəzi Bankının rəhbərliyini, həm Mİ6-nın direktorluğunu, həm də Xarici işlər naziri postunu itirməsi böyük sıxıntıları ortaya çıxardı.
Sadəcə 9 ay ərzində verilən bu böyük itkilər ailənin planlarını da pozdu. Özləri qəbul etməsələr də, koronavirus infeksiyası ailənin bir çox ölkədə itirməsinə, zərər görməsinə səbəb oldu. Bu səbəblə, gərginlik daha da artacaq. Küçə etirazları daha da şiddətlənəcək. Yalnız ailə deyil, ABŞ da sıxıntılar yaşayacaq. Əslində, yaşamaqdadır.
Riçard Dirlav, Devid Rokfellerin dəvətilə bir neçə dəfə ABŞ-da olub. 20 mart 2017-ci ildə həyatdan köçən Devid Rokfellerin dəvət etdiyi son şəxs də Riçard Dirlav idi. Yəni, Riçard Dirlav çox önəmli bir şəxsdir. Əgər Rotşild ailəsi itirdiyi gücünü geri almaq istəyirsə, Riçard Dirlavın təsir sahəsini daraltmalıdır. Bunu bacara bilməsə, ailə 5 qitədə də itirməyə başlayacaq.
Dirlavın Londondakı evi bu gün, bəlkə də, ən çox mühafizə olunan 2-ci ünvandır. Birincisi, təbii, Kraliça II Yelizavetanın saraylarıdır.
ABŞ, İngiltərə, Rusiya və Çindəki mövcud durum bəllidir. Eyni zamanda gedən mübarizənin tərəfləri də bəllidir.
Rotşild ailəsi adi, kiçik bir strukturdurmu? Əsla. İndiyədək heç uduzmadılar. Həmişə bir çıxış yolu tapdılar. Baxaq, görək, hadisələr indi necə inkişaf edəcək…
Qeyd: “Çin təzminat ödəsin” deyənlərlə ABŞ eyni cizgidədir. Məsələn, Dominik Raab da “təzminat” tərəfdarıdır. Bu prizmadan baxılarsa, “5 Göz” kimi tanınan ABŞ, İngiltərə, Kanada, Avstraliya və Yeni Zellandiya kəşfiyyatlarının Çini ittiham etməsi anlaşılandır. Ortaq hesabatda vurğu bəllidir: “Çin günahkardır!” Ancaq getməkdə olan mübarizənin miqyası böyükdür. Əsla və qəti olaraq elə hesab edilməməlidir ki, Çin asanlıqla təslim olacaq. Şi Cinpinq savaşa hazırdır. Həm də çoxdan…
Tərcümə Strateq.az-ındır
Tarix: 22-06-2020, 13:16
Xəbəri paylaş



Xəbər lenti