Belarusiya Prezidenti Aleksandr Lukaşenko Şərqi Avropa ölkəsində inqilabı qızışdırmaq cəhdinin qarşısını aldığını iddia edir. O bunu prezidenliyə potensial namizədi həbs edərək minlərlə insanın küçələrə çıxmasına səbəb olmasından bir gün sonra deyib. Etirazçılar Lukaşenko hökümətinin müxalifət liderlərinə qarşı təqibləri artırdığını iddia edirlər.İyunun 19-da hökumətin iclasında çıxış edən Lukaşenko Şərqdən və Qərbdən qüvvələrin Belarusiyada sabitliyi pozmağa çalışdıqlarını, lakin onların maskalarının cırıldığını və xaricdəki kuklalar və kukla ustalarıının müəyyən edilidiyini bildirib.
Onun bu çıxışı Rusiyaya məxsus "Belqazprombank"a 20 il başçılıq edən Viktar Babarika və onun prezidentliyə namizədlik kampaniyasına rəhbərlik edən oğlunun maliyyə cinayətlərində şübhəli bilinərək həbs olunmasından bir gün sonraya təsadüf edib.
Belarusiya rəsmiləri iyunun 15-də banka nəzarəti ələ keçirib. Bankın ondan çox yüksək səviyyəli idarəçiləri vergidən yayınma vəçirkli pulların yuyulması ittihamları ilə həbs olunub.
56 yaşlı Babarika “Belqazprombank”-a qarşı edilən hərəkətlərin siyasi sifarişlər üzərində aparılan hədə-qorxu kampaniyasının bir hissəsi olduğunu söyləyib.
İyunun 19-da Avropa İttifaqı Belarusiyanı Babarika və oğlunu həbsdən dərhal azad etməyə və qanunun aliliyinə tam hörmətlə yanaşmağa çağırıb.
"Hər hansı araşdırma qərəzsiz və siyasi təzyiq olmadan aparılmalıdır" -deyə, Aİ-nın xarici siyasət üzrə sözçüsü Piter Stano öz açıqlamasında bildirib.
Babarika və demək olar ki, 100 faizi Rusiyanın təbii qaz nəhəngi "Qazprom"a məxsus “Belqazprombank”-a və “Qazprombank”-a qarşı təqiblər mütəxəssislərin firkincə Lukaşenkanın 1994-cü ildən bəri davam edən hakimiyyəti dövründəən böyük çətinliklərdən biri iləüzləşdiyi vaxta təsadüf edib.
Təxminən 9.5 milyon əhalisi olan Belarusiya Avropada koronavirusa yoluxma sayına görə ən yükək göstəriciyə sahibdir. Lakin Lukaşenko bunu rədd edir və virusu "kütləvi psixoz" adlandıraraq Ümumdünya Səhiyyə Təşkilatının və başqalarının sosial məsafəçağırışlarına məhəl qoymur.
Dünya Bankı bu il pandemiya nəticəsində Belarus iqtisadiyyatının 4 faiz azalacağını proqnozlaşdırır. Bəzi qeyri-rəsmi onlayn rəy sorgularının nəticələri Lukaşenkoya ictimai dəstəyin cəmi 3 faiz olduğunu göstərir.
Lukaşenko avqustun 9-da keçiriləcək seçkidə altıncı dəfə prezidentliyə namizəd olacaq. Onun hakmiyyəti dövründə keçirilən istər prezident, istərsə də parlament seçkilərinin heç biri Qərb hökumətləri və qurumları tərəfindən azad vəədalətli hesap edilməyib.
Səsvermə yaxınlaşdıqca Babarikanın populyarlığı artıb və onun seçki kampaniyası namizədliyinin təsdiq olunmasıüçün tələb olunan 100 min imzadan dörd dəfə çox - təxminən 435 min imza toplayıb.
Belarusiya Mərkəzi Seçki Komissiyası səsvermədə namizəd olaraq iştirak etmək üçün cəmi 15 namizədin imza toplamasına icazə verib. Lakin bununla bərabər populyar blogger Syarhey Tsixanuski və müxalif siyasətçi Mikalay Statkeviç kimi potensial namizədlər də daxil olmaqla bir neçəşəxsin namizədliyi rədd edilib. Mikalay Statkeviç 2010-cu ildə avtoritar liderin rəqibi olmuş və mübahisəli səsvermədən sonra baş verən etirazlara görə həbs edilmişdi.
Babarika və onun oğlunun həbsindən sonra Minskdə minlərlə insan həmrəylik piketi adı altında Belarusiyanın paytaxtının mərkəzinə qədər uzanan bir canlı zəncir qurublar. (amerikaninsesi.org)
Tarix: 20-06-2020, 22:11