Rusiyada bütün məhdudiyyətlərin götürüləcəti tarix açıqlanıb


MoskvaMoskva

Rusiyada koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş bütün məhdudiyyətlərin aradan qaldırılması yalnız 2021-ci ilin fevral ayında mümkün ola bilər.

Bunu ölkənin Səhiyyə naziri Mixail Muraşko “Birinci kanal”ın efirində yayımlanan “Dok-tok” verilişində deyib.
“Əczaçılıq baxımından idarə olunan vəziyyət yaranmalıdır. Düşünürəm ki, gələn il haqqında danışmaq lazımdır. Bu, fevraldır, nə vaxt ki, vəziyyəti idarə edə biləcəyimiz həmin profilaktik dərmanları alacağıq”, - nazir deyib.
Qeyd edək ki, indiyədək Rusiyada 545 458 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 284-ü vəfat edib, 294 306-sı sağalıb. Tibb müəssilərində 243 868 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.
Tarix: 17-06-2020, 09:23
Xəbəri paylaş



Xəbər lenti