Trampın xanımıyla qızı arasında soyuq müharibə gedir- SƏBƏB...




Son zamanlar ABŞ-da irqçi etirazlarından sonra Ağ Evdə soyuq müharibə gedir. 

Moderator.az xəbər verir ki, məlumatda arvadı Melaniya ilə Donald Trampın qızı İvanka arasında soyuq küləklər əsdiyi bildirilir. İkili arasındakı mübahisə birinci xanımın ofisinə qədər gedib çıxıb.  
Mary Jordanın yazdığı kitabda bütün bu hadisələrdən bəhs edilir. Kitabda Melaniyanın Ağ Evə köçdükdən sonra İvankanın “Fist Lady” ofisinin adını “Fist Family” olaraq dəyişdirmək istədiyi deyilir. 

Oğlu Barronun məktəbinə görə bir müddət Nyu-Yorkda qalan İvanka, Melaniyanın Eğ Evə gəlməsindən öncə orda dəyişiklik edib. O, Melaniya üçün ayrılan ofisi bütün ailə üzvlərinin istifadə etməsi üçün hazırlayıb. Lakin Melaniya buna mane olub. 

Bütün bunlar M.Jordanın müəllifi olduğu “Melaniya Trampın anlatılmayan hekayəsi” kitabında yer alıb.
Tarix: 16-06-2020, 17:20
Xəbəri paylaş



Xəbər lenti