Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar qatıldığı bir canlıyayımda gündəmlə bağlı açıqlamalar verib.
Hulusi Akar qiyamçı general Haftarın Liviyadan qaçdığını bəyan edib:"Haftarın Liviyadan xaricdə, başqa bir ölkədə olduğu ilə bağlı məlumat almışıq. Bununla bağlı bəzi xəbərlər, bəzi məlumatlar bizə çatıb".
Hulisi Akar qeyd edib ki, Haftar öz başına bir qüvvə olaraq ortaya çıxmayıb: "Bir qism güclərin istifadə etdiyi bir vasitə idi. Bunun gələcəyini, qabiliyyətini gördülər. Bu dəstək aradan qalxdıqca, Haftarın da yoxa çıxacağı mütləqdir".