Yer kürəsinin ən dərin nöqtəsi olan Mariana çökəkliyindən videogörüntülər yayılıb.
Publika.az "Federal" Agentliyə istinadla xəbər verir ki, görüntüləri Rusiyanın “Vityaz” aparatı qeydə alıb.
Aparatın sualtı ekspedisiyası 3 saata yaxın davam edib. Bu müddət ərzində bir sıra video və fotogörüntülər əldə edilib.
Qeyd edək ki, 11 022 metr dərinliyi olan Mariana çökəkliyi Yer kürəsinin ən dərin nöqtəsi hesab olunur. Bir müddət əvvəl çökəkliyin 10 028 metr dərinlikdə olduğu deyilib.