Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Ermənistan Baş naziri Nikol Paşinyana zəng edib.Teleqraf.com xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumatda türk respublikasının
başçısının Baş nazirin və ailəsinin səhhəti ilə maraqlandığı bildirilib.
“Qırğızıstan Prezidenti Ermənistan Baş nazirinin və ailəsinin sağlamlıq vəziyyəti ilə maraqlandı, onlara cansağlığı və
uğurlar arzuladı”, - məlumatda qeyd edilib.
Tərəflər iyunun 24-də Moskvada keçiriləcək İkinci Dünya Müharibəsində Qələbənin 75 illiyi münasibətilə keçirilən
tədbirlər çərçivəsində həmsöhbət olacağına ümid etdiklərini bildiriblər.
Əlavə edək ki, Nikol Paşinyan bir müddət əvvəl özünün və ailə üzvlərinin koronavirusa yoluxduğunu açıqlamışdı.
Tarix: 10-06-2020, 00:25